İslamiada: Azərbaycan güləşçiləri daha 7 medal qazanıblar

İslamiada: Azərbaycan güləşçiləri daha 7 medal qazanıblar Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Fərdi
11 Avqust , 2022 21:18
İslamiada: Azərbaycan güləşçiləri daha 7 medal qazanıblar

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 92 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə qazaxıstanlı Abdimanap Baigenjeyevi tam üstünlüklə məğlub edib.

Beləliklə, Azərbaycan təmsilçiləri güləş yarışlarının 2-ci günündə ümumilikdə 7 medal əldə ediblər. Leyla Qurbanova (53 kq) qızıl, Gözəl Zutova (72 kq) və İslam Bazarqanov (61 kq) gümüş, Əsgər Məmmədəliyev (70 kq), Hacımurad Ömərov (79 kq), Osman Nurməhəmmədov (92 kq) və Tatyana Omelçenko (62 kq) isə bürünc medala sahib çıxıblar.

20:53

Azərbaycanın qadın güləşçisi Gözəl Zutova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 72 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada türkiyəli Buse Çavuşoğlu ilə üz-üzə gəlib.

Görüş cəmi 45 saniyə davam edib. Tam üstünlüklə qələbə qazanan yerli idmançı İslamiadanın qalibi olub. Zutova isə gümüş medalla kifayətlənib.

20:24

Azərbaycanın sərbəst güləşçisi Hacımurad Ömərov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 79 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə qazaxıstanlı Mehir Koşkinbayevi 10:4 hesabı ilə məğlub edib.

20:00

Azərbaycanın qadın güləşçisi Tatyana Omelçenko Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal görüşünə çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 62 kq-da rəqib indoneziyalı Herlina Xarişma Tantri olub. Qarşılaşmanı tam üstünlüklə (11:0) başa vuran Omelçenko 3-cü yeri tutub.

19:33

Azərbaycanın sərbəst güləşçisi Əsgər Məmmədəliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 70 kq-dakı idmançı 3-cü yer uğrunda qarşılaşmada tacikistanlı Cəmşid Şərifovu 3:0 hesabı ilə məğlub edib.

19:16

Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunların qalibi olub.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 53 kq-da mübarizə aparan idmançı finalda özbəkistanlı Aktenqe Keunimjayevanı 6:1 hesabı ilə məğlub edib.

Ardıcıl 2-ci dəfə İslamiadanın qalibi olan Qurbanova Mariya Stadnik (50 kq) və Hacı Əliyevin (65 kq) uğurunu təkrarlayıb. O, 2017-ci ildə Bakıda təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmışdı.

18:57

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 61 kq-da çıxış edən idmançı həlledici qarşılaşmada özbəkistanlı Cahangirmirzə Turabovla üz-üzə gəlib.

Hesab 6:6 hesablı heç-heçə ilə başa çatsa da, xal prinsipinə əsasən, rəqibinə məğlub olan Bazarqanov gümüş medalla kifayətlənib..

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst və qadın güləşçilərindən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq) və Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi