Olimpiadada iştirak edəcək bütün idmançılara peyvənd vurula bilər

Olimpiadada iştirak edəcək bütün idmançılara peyvənd vurula bilər IOC bütün idmançıların koronavirusa qarşı peyvənd olunmasını nəzərdən keçirir
Fərdi
23 Yanvar , 2021 12:15
Olimpiadada iştirak edəcək bütün idmançılara peyvənd vurula bilər

Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaponiyanın paytaxtı Tokiodakı olimpiadada iştirak edəcək bütün idmançıların koronavirusa qarşı peyvənd olunmasını nəzərdən keçirir.

"Report" "Telegraph"a istinadən xəbər verir ki, IOC əhalinin peyvəndlənməsinə başlanmadığı ölkələrdə idmançılar üçün bu prosesi sürətləndirmək niyyətindədir.

Əsas və həssas əhalidən əvvəl idmançıların aşılanması isə ÜST üçün ciddi suallar doğurur.

Qeyd edək ki, "Tokio-2020" bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi