"IndyCar" seriyalı avtomobil yarışında kütləvi qəza baş verib - VİDEO

"IndyCar" seriyalı avtomobil yarışında kütləvi qəza baş verib - VİDEO ABŞ-ın Pensilvaniya ştatındakı Pokono magistralında IndyCar seriyalı yarışda kütləvi qəza baş verib.
Fərdi
19 Avqust , 2019 13:46
IndyCar seriyalı avtomobil yarışında kütləvi qəza baş verib - VİDEO

ABŞ-ın Pensilvaniya ştatındakı Pokono magistralında "IndyCar" seriyalı yarışda kütləvi qəza baş verib.

"Report"un məlumatına görə, ilk turda yaşanan qəzaya yaponiyalı pilot Takumı Sato səbəb olub. Hadisə nəticəsində bir neçə bolid sıradan çıxıb, 5 sürücü isə müayinə üçün tibb mərkəzinə göndərilib.

Onların arasında yaponiyalı pilotla yanaşı, Rayan Hanter-Rey, Ceyms Hintskliff, Feliks Rozenkvist və Aleksandr Rossi də var. Rozenkvistdən başqa digər pilotlar tibb mərkəzindən ayrılıblar. Feliks isə zədələndiyi üçün bir müddət xəstəxanada qalmalı olub. Onun həyatı üçün təhlükənin olmadığı bildirilir. 

Orphus sistemi