INBA Qlobal Azərbaycan birliyinin fəaliyyət proqramına həsr edilən mətbuat konfransı keçirilib

INBA Qlobal Azərbaycan birliyinin fəaliyyət proqramına həsr edilən mətbuat konfransı keçirilib INBA Qlobal Azərbaycan birliyinin 2019 -2020-ci il fəaliyyət proqramına həsr edilən mətbuat konfransı keçirilib.
Fərdi
25 Dekabr , 2019 16:17
INBA Qlobal Azərbaycan birliyinin fəaliyyət proqramına həsr edilən mətbuat konfransı keçirilib

INBA Qlobal Azərbaycan birliyinin 2019 -2020-ci il fəaliyyət proqramına həsr edilən mətbuat konfransı keçirilib.

"Report"un məlumatına görə, tədbirdə çıxış edən Birliyin rəhbəri, beynəlxalq dərəcəli idman ustası Elnur Şıxəliyev 2019-cu ildə görülmüş işlər və qazanılmış uğurlardan danışıb.

O bildirib ki, qurumun yeni yaranmasına baxmayaraq, bu il 3 idmançı beynəlxalq yarışlarda uğur qazanıb: "Mayın 30-da Macarıstanın Miskolç şəhərində "lNBA Grand Prix Hungary"də Rəhman Məmmədov fizik kateqoriyada finala çıxıb və sonda 4-cü yerə layiq görülüb. Oktyabrın 26-da Rumuniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında 2 idmançımız dünya çempionatına vəsiqə qazanıb. Fizik kateqorıyada çıxış edən Asif Yusifov 4-cü yerə, bodibildinq kateqorıyadakı İsmayıl Həbiyev isə 2-ci yerə layiq görülüb".

Şıxəliyevin sözlərinə görə, əlamətdar hadisələrdən biri də ilk dəfə olaraq INBA Qlobal Azərbaycan birliyinin natural bodibildinq və fitnes üzrə ölkə çempionatı keçirməsi olub. O bildirib ki, ilk dəfə keçirilməsinə baxmayaraq, yarışda 50-dən artıq atlet mübarizə aparıb.

Beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək yığma komandanın heyətinin məlum olduğunu söyləyən qurumun rəhbəri 25 idmançı ilə 10 beynəlxalq yarışda təmsil olunacaqlarını vurğulayıb. İdmançılar Buxarestdə keçiriləcək dünya çempionatına, oktyabrın 24-də İtaliyanın Florensiya şəhərində baş tutacaq Avropa çempionatına qatılacaq. Son beynəlxalq yarış isə noyabrın 14-də ABŞ-ın Las Veqas şəhərində keçiriləcək. Bunlar natural bodibildinq və fitnes üzrə natural olimpiya turniri olacaq.

Son xəbərlər

Orphus sistemi