İsveçdə professional boks ləğv edilə bilər

İsveçdə professional boks ləğv edilə bilər Bakı. 21 yanvar. REPORT.AZ/ İsveçin Əməyin Mühafizəsi Agentliyi ölkədə professional boksla məşğul olmağı qadağan edə bilər.
Fərdi
21 Yanvar , 2018 04:49
İsveçdə professional boks ləğv edilə bilər

Bakı. 21 yanvar. REPORT.AZ/ İsveçin Əməyin Mühafizəsi Agentliyi ölkədə professional boksla məşğul olmağı qadağan edə bilər.

"Report" xəbər verir ki, bu barədə "Boxing Scene" məlumat yayıb.

Qeyd edilir ki, bu, Ümumdünya Boksu Super Seriyasının sabiq iştirakçısı Erik Skoqlundun döyüşlərdən birində kəllə-beyin travması alması hadisəsinə görə ola bilər.  Travma beyinə qanaxmaya gətirib çıxarıb. 

İdmançı əməliyyat edilib və bir müddət medikomentoz koma vəziyyətində olub. Bu yaxınlarda Skoqlundu xəstəxanadan buraxıblar və o, indi ev şəraitində bərpa dövrünü keçir.

İsveç agentliyi bu hadisəni öyrənmək niyyətindədir və nəticələrdən asılı olaraq qəti qərar qəbul edəcək. Ölkədə peşəkar boksla məşğuliyyət bundan əvvəl də ciddi nəzarət altında idi.

Son xəbərlər

Orphus sistemi