"İrəli"nin sədri federasiyaya baş katib təyin olunub
Fərdi
- 11 yanvar, 2018
- 07:29
Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi vəzifəsinə yeni təyinat olub.
AMKF-in prezidenti Yaşar Bəşirovun "Report"a verdiyi məlumata görə, məsul post "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidova həvalə olunub.
M.Seyidovun gəlişinədək baş katib vəzifəsində çalışmış Mir-Cabbar Seyidov isə bundan sonra məsul katib vəzifəsində çalışacaq. Yeni və əvvəlki baş katiblərin soyadları eyni olsa da, onların qohumluq əlaqələri yoxdur.
Qeyd edək ki, Mirhəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. O, 2014-cü il iyunun 27-də “İrəli” İctimai Birliyinin sədri, 2015-ci il mayın 29-da isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin 6 il müddətinə Yayım Şurasının üzvü seçilib.
Son xəbərlər
17:57
Azərbaycanın mobil rabitə gəlirləri martda 7 %-dən çox artıb
İKT17:57
Naxçıvanda büdcə daxilolmaları 4 %-dən çox artıb
Maliyyə17:54
Foto
"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
Fərdi17:54
Naxçıvan iqtisadiyyatı 4 % böyüyüb
Maliyyə17:53
Foto
MEDİA-da Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib
Media17:53
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət U-19 millisi ikinci oyunda da məğlub olub
Futbol17:52
Gideon Saar: "Hizbullah" İsrail və Livan arasında əsas maneədir
Digər ölkələr17:50
ADB indiyə qədər Azərbaycanda 145 layihəni maliyyələşdirib
Maliyyə17:46