"Böyük Dəbilqə"də ilk gün: Cüdoçularımız medalsız qaldı - YENİLƏNİB

"Böyük Dəbilqə"də ilk gün: Cüdoçularımız medalsız qaldı - YENİLƏNİB Azərbaycan cüdoçusu Orxan Səfərov Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqə turnirində çıxışını başa vurub.
Fərdi
21 Fevral , 2020 18:16
Böyük Dəbilqədə ilk gün: Cüdoçularımız medalsız qaldı - YENİLƏNİB

Azərbaycan cüdoçusu Orxan Səfərov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində çıxışını başa vurub.

"Report"un məlumatına görə, 66 kq-da mübarizə aparan idmançı 1/4 finalda gürcüstanlı Vaje Merqelaşviliyə uduzsa da, təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb. Amma İspaniya təmsilçisi Qaitero Martinə məğlub olan Səfərov bürünc medal şansını itirib. O, turniri 7-ci pillədə tamamlayıb.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər cüdoçularımız - Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Aleksandra-Larisa Florian (57 kq) uduzaraq, medal şanslarını itiriblər. 


***16:22

Azərbaycan cüdoçusu Orxan Səfərov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində 1/4 finala yüksəlib.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk olaraq Denis Vierunu (Moldova) məğlub edib. Səfərov daha sonra İndrit Cullhaj (Albaniya), ardınca isə Mukriddin Tılovovdan (Qazaxıstan) güclü olub

Eyni çəkidəki Nicat Şıxəlizadə mərakeşli İmad Bassou və monteneqrolu Yusuf Nurkoviçlə dueldən qalib ayrılıb. Cüdoçu yaponiyalı rəqibi Hifumi Abeni məğlub edə bilməyib.

60 kq-dakı Kəramət HüseynovOruc Vəlizadə mübarizəni erkən dayandırıblar. Hüseynovun 1/32 finaldakı rəqibi Pedro Nayr Qarsiya (Anqola) görüşdən imtina edib. İdmançı ardınca Cənubi Koreya təmsilçisi Kim Von Jinə uduzub. Vəlizadə isə ilk qarşılaşmada Dilmer Kalleni (Peru) üstələsə də, tunisli Fraj Dhoubi ilə bacarmayıb.

Qadınların yarışında Aişə Qurbanlı (48 kq) cənubi koreyalı Yeonju Ohun müqavimətini qıra bilməyib. Bu çəkidəki Leylа Əliyeva da yarışa qələbə ilə başlayıb. İlk görüşdə Luz Alvarezi (Kolumbiya) məyus edən cüdoçu daha sonra ikinci dueldə Katharina Menzə (Almaniya) uduzub.

Gültac Məmmədəliyeva (52 kq) da Cənubi Koreya təmsilçisinin qarşısında aciz qalıb. O, ilk görüşdə belçikalı Amber Ryhueli məğlub edib, daha sonra Bokyeong Jeonga ilə dueldə məğlub ayrılıb. 

57 kq-da Aleksandra-Larisa Florian Mariya Skora (Ukrayna) qalib gəldikdən sonra Theresa Stolla (Almaniya) məğlub olub. 

Qeyd edək ki, "Böyük Dəbilqə"yə fevralın 23-də yekun vurulacaq. Qarşıdakı günlərdə Azərbaycanın 8 kişi və 1 qadın cüdoçusu da qüvvəsini sınayacaq. 

Son xəbərlər

Orphus sistemi