"İlin qalibləri -2016" layihəsinin icrasına başlanılıb

"İlin qalibləri -2016" layihəsinin icrasına başlanılıb İlkin mərhələdə 8 nominasiya üzrə namizədlər müəyyənləşəcək
Fərdi
5 Dekabr , 2016 17:25
İlin qalibləri -2016 layihəsinin icrasına başlanılıb

Bakı. 5 dekabr. REPORT.AZ/ İdman Araşdırmalar Mərkəzi (İAM) ardıcıl 4-cü dəfə "İlin qalibləri" layihəsinin icrasına başlayıb. 

Sportnet.az-ın məlumatına görə, "İlin qalibləri-2016" adlanan layihənin icrasına informasiya dəstəyini "Report" agentliyi verir.

İlkin mərhələdə 8 nominasiya üzrə namizədlər müəyyənləşəcək:

1. İlin idman xadimi;

2. İlin yerli futbolçusu;

3. İlin yerli idmançısı (digər növlər üzrə);

4. İlin əcnəbi idmançısı (bütün növlər üzrə);

5. İlin komandası (futbol və digər növlər üzrə);

6. İlin baş məşqçisi (futbol və digər növlər üzrə);

7. İlin mətbuat katibi (futbol və digər növlər üzrə);

8. İlin idman jurnalisti.

Futbol nominasiyaları üzrə namizədlər dekabrın 9-da, digər növlər üzrə isə dekabrın 13-də açıqlanacaq. Bu da futbol üzrə Avropa Liqasının qrup mərhələsində son turun dekabrın 8-də, taekvondo üzrə komandalararası dünya çempionatının isə dekabrın 12-13-də keçiriləcəyi ilə əlaqədardır.

Qaliblərlə yanaşı, İAM-ın xüsusi mükafatlarının sahibləri dekabrın sonlarında təşkil olunacaq təntənəli mərasimdə mükafatlandırılacaqlar.

Son xəbərlər

Orphus sistemi