Yuxarı

Vitali Kliçkodan mənzil istəyən "Bakı 2015" mükafatçısının qazancı selfi çəkdirmək olub

O, mənzil əvəzinə mənə selfi çəkdirməyi təklif etdi

Bakı. 3 iyul. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında gümüş medal qazanmış Ukraynanın yunan-Roma güləşçisi Jan Belenyuk Kiyev meri Vitali Kliçkodan mənzil istəyib, amma qazancı yalnız birgə selfi çəkdirmək olub. "Report"un məlumatına görə, bu barədə 24 yaşlı idmançı "İnstagram"ında yazıb.

J.Belenyuk Vitali Kliçko ilə fotosunu paylaşaraq zarafatla yazıb: "Bizim gözəl merimizlə birgə. O, mənzil əvəzinə mənə selfi çəkdirməyi təklif etdi. Əlbəttə, mən də razılaşdım".

Qeyd edək ki, Jan Belenyuk Kiyevdə yaşayış şəraitinin pis olmasından dəfələrlə şikayətlənib. O, "Bakı 2015"də 85 kq çəki dərəcəsində gümüş medala sahib olduqdan sonra Vitali Kliçkoya mənzil üçün müraciət edib. I Avropa Oyunları 12 - 28 iyunda keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi