Hollandiyalı funksioner Beynəlxalq Olimpiya Komitəsi üzvlüyünü tərk edib

Hollandiyalı funksioner Beynəlxalq Olimpiya Komitəsi üzvlüyünü tərk edib ​Kamil Eurlinqs rəfiqəsinə hücum etməkdə ittiham olunur
Fərdi
5 Yanvar , 2018 17:51
Hollandiyalı funksioner Beynəlxalq Olimpiya Komitəsi üzvlüyünü tərk edib

Bakı. 5 yanvar. REPORT.AZ/ Kamil Eurlinqs Beynəlxalq Olimpiya Komitəsinin (İOC) üzvlüyünü tərk edib.

"Report"un "İnside The Games"ə istinadən verdiyi məlumata görə, hollandiyalı funksioner rəfiqəsinə hücum ittihamları ilə əlaqədar bu addımı atıb.

Eurlinqs qərarını ona qarşı təzyiqlərin artması ilə əlaqələndirib. 44 yaşlı mütəxəssis bir sıra hadisələrdən təəssüfləndiyini bildirib. O, son illər İOC və Hollandiya arasındakı əlaqələrin möhkəmlənməsinə töhfəsini verdiyini vurğulayıb: "İOC üzvlüyü mənim üçün şərəf idi".

Qeyd edək ki, daha əvvəl Avropa Olimpiya Komitələrinin sabiq prezidenti Patrik Hikki İOC İcraiyyə Komitəsi üzvlüyündən istefa verib. 

Son xəbərlər

Orphus sistemi