Hindistanlı dünya çempionu qətlə görə həbs olundu

Hindistanlı dünya çempionu qətlə görə həbs olundu 38 yaşlı keçmiş pəhləvan mayın 4-də stadionda bir nəfərin ölümü ilə nəticələnmiş davada iştirak edib
Fərdi
144
23 May , 2021 14:32
Hindistanlı dünya çempionu qətlə görə həbs olundu

Hindistanın keçmiş sərbəst güləşçisi Suşil Kumar qətl şübhəsi ilə həbs olunub.

"Report"un "Xinhua News Agency"yə istinadən məlumatına görə, 38 yaşlı keçmiş pəhləvan mayın 4-də stadionda bir nəfərin ölümü ilə nəticələnmiş davada iştirak edib.

O, həmin hadisədən sonra qaçıb gizlənib. Polis Kumar barədə informasiya verən üçün 1,4 milyon ABŞ dolları mükafat vəd edib. Tanınmış idmançı paytaxt Dehli ətrafındakı Mundka kəndində saxlanılıb.

Qeyd edək ki, Suşil Kumar 2010-cu il dünya çempionatında 66 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həmçinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bürünc, Hindistanın komandasının bayraqdarı olduğu London-2012-də gümüş medala sahib olub.

Son xəbərlər

Orphus sistemi