Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş banklararası şahmat yarışı keçiriləcək

Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş banklararası şahmat yarışı keçiriləcək Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüsü, Azərbaycan Şahmat Federesiyasının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş növbəti banklararası şahmat yarışı keçiriləcək.
Fərdi
8 May , 2018 15:46
Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş banklararası şahmat yarışı keçiriləcək
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüsü, Azərbaycan Şahmat Federesiyasının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş növbəti banklararası şahmat yarışı keçiriləcək.

“Report” ABA-ya istinadən xəbər verir ki, yarış Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir.

Yarışda ölkə ərazisində fəaliyyət göstərən bankların əməkdaşları iştirak etmək hüququna malikdirlər. Yarış “İsveçrə” sistemi üzrə 9 turdan ibarət olaraq FİDE qaydalarına əsasən, şəxsi hesab üzrə keçiriləcək.

Artıq 3-cü dəfə baş tutacaq və hər il böyük marağa səbəb olan yarışmada ötən il 18 bankın 70-ə yaxın nümayəndəsi iştirak edib. İştirakçılar arasında şəxsi komanda çempionatında “Kapital Bank” ASC qalib olub. 2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Azərbaycan Beynəlxalq Bankı” və “Bank of Baku” ASC-lər qərarlaşıb.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş banklararası şahmat yarışını ABA 2016-cı ildən illik əsasda keçirir.

Son xəbərlər

Orphus sistemi