Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məktəb birinciliyi başlayır

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məktəb birinciliyi başlayır 127 nəfər fərdi   gimnast  və 10 qrup komandası mübarizə aparacaq
Fərdi
3 İyun , 2023 10:04
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məktəb birinciliyi başlayır

Bu gün İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə açıq məktəb birinciliyinə start veriləcək.

"Report"un məlumatına görə, iki gün davam edəcək yarışda İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Ocaq Sport” Klubu, “Grasiya” İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi, Su İdmanı Sarayı, Şağan Olimpiya İdman Kompleksini təmsil edən 127 fərdi gimnast və 10 qrup komandası mübarizə aparacaq.

Turnirdə idmançılar fərdi (balacalar – 2013, 2014, 2015, 2016-cı il təvəllüdlü, yeniyetmələr - 2011-2012-ci il təvəllüdlü, gənclər - 2008-2010-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2013-2015-ci il təvəllüdlü, yeniyetmələr - 2011-2012-ci il təvəllüdlü) yaş kateqoriyasında çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi