Hemilton 8 qat dünya çempionu olmaq istəyir

Hemilton 8 qat dünya çempionu olmaq istəyir "Formula 1" üzrə 7 qat dünya çempionu Lüis Hemilton karyerası ilə bağlı əsas hədəfini açıqlayıb.
Fərdi
30 Yanvar , 2021 14:52
Hemilton 8 qat dünya çempionu olmaq istəyir
Lüis Hemilton

"Formula 1" üzrə yeddiqat dünya çempionu Lüis Hemilton karyerası ilə bağlı əsas hədəfini açıqlayıb.

"Report" xəbər verir ki, "Mercedes"in 36 yaşlı pilotu "Sportweek" nəşrinə açıqlamasında 8-ci dəfə çempionluq qazanmaq istədiyini bildirib.

O, hazırda bu vəzifəyə kökləndiyini söyləyib: "8-ci titul inanılmaz olardı. Hətta bu rəqəmi çətinliklə tələffüz edirəm. Amma tamamilə həmin hədəfə fokuslanmışam. Lazımi dəstəyin olduğunu bilirəm".

Qeyd edək ki, 2020 mövsümündə 7-ci dəfə çempion olan Lüis Hemilton "Ferrari"nin əfsanəvi pilotu Mixael Şumaxerin nəticəsini təkrarlayıb.

Son xəbərlər

Orphus sistemi