Yeddiqat dünya çempionu məşhur saat şirkətinə uduzdu

Yeddiqat dünya çempionu məşhur saat şirkətinə uduzdu Avropa Apellyasiya Məhkəməsi "Formula 1" pilotu Lüis Hemiltonun ABŞ-ın "Hamilton" saat şirkəti ilə bağlı iddiasını rədd edib.
Fərdi
810
21 Noyabr , 2020 13:43
Yeddiqat dünya çempionu məşhur saat şirkətinə uduzdu
Lüis Hemilton

Avropa Apellyasiya Məhkəməsi "Formula 1" pilotu Lüis Hemiltonun ABŞ-ın "Hamilton" saat şirkəti ilə bağlı iddiasını rədd edib.

"Report" "racefans.net" saytına istinadən xəbər verir ki, təqdim olunan arqumentlərin əsassız olduğunu nəzərə alan apellyasiya heyəti firmanın 7 qat dünya çempionunun ad və soyadından istifadə etmədiyinə dair qərar çıxarıb. Bunun sadəcə, ticarət nişanı olduğu və adın ingilisdilli ölkələrdə kifayət qədər geniş yayıldığı bildirilib.

"Hamilton" şirkəti məhkəmədə 1892-ci ildən bəri bu ad altında saatlar istehsal etdiyini sübuta yetirib.

Qeyd edək ki, Lüis Hemilton daha əvvəl 2017-ci ildə saat brendini məhkəməyə verib. 3 il davam etmiş proses britaniyalı pilotun məğlubiyyəti ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi