Heydər Əliyevin xatirəsinə şahmat turnirinin qalibləri mükafatlandırıldı - YENİLƏNİB

Heydər Əliyevin xatirəsinə şahmat turnirinin qalibləri mükafatlandırıldı - YENİLƏNİB Turnirdə iki kateqoriya üzrə ilk üç yeri tutacaq şahmatçılar bu gün təltif olunacaqlar
Fərdi
10 May , 2021 17:13
Heydər Əliyevin xatirəsinə şahmat turnirinin qalibləri mükafatlandırıldı - YENİLƏNİB

Gürcüstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan şahmat turnirinə yekun vurulub.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyində qaliblər təltif olunub.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Şahmat Federasiyasının prezidenti Giorgi Giorqadze və digər rəsmi şəxslər iştirak edib.

Turnirdə iki kateqoriya üzrə ilk üç yeri tutanlara medallar və pul mükafatları, iştirakçılara sertifikatkalar verilib.

F.Quliyev turnirin təşkilinə göstərilən dəstəyə görə Marneulidəki Çay Evinin əməkdaşlarına təşəkkür edib. O, yarış iştirakçılarına turnirə qatıldıqlarına görə minnətdarlığını bildirib, qalibləri təbrik edib.

G.Giorqadze çıxışında tədbirə dəvətə görə Azərbaycan səfirliyinə təşəkkürünü bildirib. O, şahmatın inkişafına həm Gürcüstan, həm də Azərbaycanda xüsusi diqqət ayrıldığını qeyd edib: "Bizim Azərbaycanın Şahmat Federasiyası ilə yaxşı münasibətlərimiz var. Ümid edirəm ki, bundan sonra da bu əlaqələr inkişaf etdiriləcək".

10:31

Gürcüstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan şahmat turniri başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, yeniyetmə və gənclər arasında keçirilən yarış Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və “SOCAR Georgia” şirkətinin dəstəyi ilə təşkil olunub.

Səfirliyin binasında turnirin açılış mərasimi baş tutub. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev turnir iştirakçılarına uğurlar arzulayıb.

Yarışa 32 nəfər qatılıb. Turnirdə iki kateqoriya üzrə ilk üç yeri tutacaq şahmatçılar bu gün təltif olunacaqlar.

Oyunlar hakimlərin nəzarəti altında İsveçrə (10 dəqiqə, əlavəsiz) sistemi ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi