Gürcüstan Güləş Federasiyasının prezidenti saxlanılıb

Gürcüstan Güləş Federasiyasının prezidenti saxlanılıb Bakı. 23 yanvar. REPORT.AZ/ Gürcüstan Güləş Federasiyasının prezidenti Tamaz Gegeşidze saxlanılıb.
Fərdi
416
23 Yanvar , 2019 11:09
Gürcüstan Güləş Federasiyasının prezidenti saxlanılıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Gürcüstan Güləş Federasiyasının prezidenti Tamaz Gegeşidze saxlanılıb.

“Report” “xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. “Geqa” ləqəbli funksioner güləş üzrə ölkə çempionatında davaya görə tutulub.

İnsident yanvarın 11-də, yunan-Roma güləşi növündə 87 kq çəkidə Robert Kobliaşvili ilə Zurab Datunaşvili arasında keçirilmiş final görüşü zamanı baş verib. İkincinin hakimlərin qərarına etiraz etməsindən sonra tribunalarda dava düşüb və nəticədə Datunaşvilinin qaşı çapılıb. İstintaq müəyyən edib ki, onu Gegeşidze vurub. 

Federasiya prezidenti qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunur. Gürcüstan qanunlarına əsasən, bu cür hallar üçün pul cəriməsi, islah işlərinə cəlb olunma, 120 – 180 saat həbs, 6 aydan 2-ilə qədər ev dustaqlığı və ya 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Gegeşidze güləşçini vurduğunu inkar edib. Bir qrup güləşçi isə onun azadlığa buraxılması üçün aksiya təşkil edib.

“Sputnik Georgiya”nın yazdığına görə, Gegeşidze ilə Datunaşvili arasındakı münaqişə çempionatdan əvvəl olub. İddiaya görə, federasiya rəhbəri yığma üzvlərindən birini öz tələbəsi ilə əvəzləyib. Datunaşvili isə buna etiraz edib.

Qeyd edək ki, Tamaz Gegeşidze 18 dekabr 2016-cı ildən Gürcüstan Güləş Federasiyasına rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi