Azərbaycanın daha bir yunan-Roma güləşçisi Eldəniz Əzizli İtaliyanın paytaxı Romada keçirilən Avropa çempionatında ilk görüşünü keçirib.
"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Rudik Mkrtaçyanla üz-üzə gəlib.
1/4 finalda rəqibini məğlub edən dünya və Avropa çempionu yarımfinala yüksəlib.
Qeyd edək ki, daha öncə digər yunan-Roma güləşçilərindən Sabah Şəriəti (130 kq) David Ovasapyana (Ermənistan) qalib gəlib, ardınca isə Alin Aleksuk Kiurariuya (Rumıniya) uduzub. Sənan Süleymanov (77 kq) isə təsnifatda Aik Mnatsakanyanı (Bolqarıstan) üstələyib.
İslam Abbasov (87 kq) ilk görüşündə Kiril Maskeviçi (Belarus) məyus edib, daha sonra isə Arkadiuş Kuliniçi (Polşa) məğlubiyyətə uğradıb. Taleh Məmmədov (63 kq) İbrahim Labazanova (Rusiya) uduzub.
***16:07
Azərbaycanın daha bir yunan-Roma güləşçisi İtaliyanın paytaxı Romada keçirilən Avropa çempionatında ilk görüşünü keçirib.
"Report"un məlumatına görə, 130 kq çəki dərəcəsində mübarizə aparan Sabah Şəriəti Ermənistan təmsilçisi Aik Mnatsakanyanla üz-üzə gəlib.
1/8 finalda rəqibini 3:0 hesabı ilə məğlub edən güləşçi 1/4 finala yüksəlib.
***15:25
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxı Romadakı Avropa çempionatında ilk görüşünü keçirib.
"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Bolqarıstan təmsilçisi Aik Mnatsakanyanla üz-üzə gəlib.
Təsnifat mərhələsində erməniəsilli idmançını 5:3 hesabı ilə məğlub edən Süleymanov 1/8 finala yüksəlib.
Qeyd edək ki, digər yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) ilk qarşılaşmasında Kiril Maskeviçə (Belarus) qalib gəlib. Bu gün Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) də mübarizəyə başlayacaq.