Azərbaycan yığması Qran Priyə Kislovodskda hazırlaşır

Azərbaycan yığması Qran Priyə Kislovodskda hazırlaşır Təlim-məşq toplanışı başa çatdıqdan sonra güləşçilər Parisdə keçiriləcək Qran Pri turnirində ilin ilk sınağına çıxacaq
Fərdi
13 Yanvar , 2015 10:13
Azərbaycan yığması Qran Priyə Kislovodskda hazırlaşır

Bakı. 13 yanvar. REPORT.AZ/ Sərbəst güləş üzrə Azərbaycan yığma komandası ilin ilk təlim-məşq toplanışına başlayıb. "Report"un güləş federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yığma üzvləri baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi David Kurtsiya və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında Rusiyanın Kislovodsk şəhərində hazırlıq keçirlər.

Yanvarın 7-dən başlayan toplanışda böyüklərdən ibarət millinin 21, gənclər yığmasının 9 güləşçisi iştirak edir.

Qeyd edək ki, təlim-məşq toplanışına yanvarın 24-də yekun vurulacaq. Daha sonra Azərbaycan yığması Fransanın paytaxtı Parisdə keçiriləcək Qran Pri turnirində ilin ilk sınağına çıxacaq. 

Son xəbərlər

Orphus sistemi