Güləş qaydalarında dəyişikliklər ediləcək

Güləş qaydalarında dəyişikliklər ediləcək Yeniliklər martın sonlarınadək aparılacaq
Fərdi
9 Mart , 2015 14:53
Güləş qaydalarında dəyişikliklər ediləcək

Bakı. 9 mart. REPORT.AZ/ Yunan-Roma güləşi qaydalarında dəyişikliklər ediləcək. "Report"un məlumatına görə, bu barədə Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç "Sport-Ekspress"ə müsahibəsində bildirib.

Serbiyalı funksioner deyib ki, martın sonlarınadək məsələyə baxılacaq və qərar veriləcək. O, artıq indidən testlərin aparıldığını əlavə edib: "Yunan-Roma güləşini daha baxımlı edə biləcək məşqçilərin ideyalarını praktiki yoxlayırıq".

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası ötən ay Dünya Kubokunun qalibi olub.  

Son xəbərlər

Orphus sistemi