Azərbaycanın idman gimnastları Bakıdakı Dünya Kubokunun ikinci günündə mübarizəyə davam edirlər

Azərbaycanın idman gimnastları Bakıdakı Dünya Kubokunun ikinci günündə mübarizəyə davam edirlər Bakıda keçirilən Dünya Kubokunun ikinci yarış günündə də kişi və qadın idman gimnastları təsnifat mərhələsində mübarizə aparacaqlar.
Fərdi
15 Mart , 2019 12:43
Azərbaycanın idman gimnastları Bakıdakı Dünya Kubokunun ikinci günündə mübarizəyə davam edirlər
Report/ Firi Salim

Bakıda keçirilən Dünya Kubokunun ikinci yarış günündə də kişi və qadın idman gimnastları təsnifat mərhələsində mübarizə aparacaqlar. 

"Report"un məlumatına görə, Milli Gimnastika Arenasında kişilər dayaqla tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə qüvvələrini sınayacaqlar.  

Azərbaycan gimnastlarından Murad Ağarzayev və İvan Tixonov dayaqla tullanma və dəstəli at yarışlarında çıxış edəcək. Tixonov və Nikita Simonov isə turnik yarışlarında mübarizə aparacaq.

Azərbaycanın qadın gimnastı Marina Nekrasova isə gimnastika tiri və sərbəst hərəkətlərdə yarışacaq.

“Tokio 2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakterli Dünya Kubokunda 41 ölkədən 121 kişi və 49 qadın idman gimnastı mübarizə aparır. Turnirə olimpiya, dünya və Avropa medalçıları qatılıblar.

İlk yarış günündə Azərbaycanın 3 idman gimnastı - Marina Nekrasova, Murad Ağarzayev və Nikita Simonov finala yüksəlib

Bu gün həm də ən yüksək icra xalını toplamış gimnastlara Azərbaycan Gimnastika Federasiyasının ənənəvi kuboku - “AGF Trophy” təqdim olunacaq.

Qeyd edək ki, Dünya Kubokuna martın 17-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi