Azərbaycanın 3 idman gimnastı Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın 3 idman gimnastı Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib Bakıda keçirilən Dünya Kubokunun ilk yarış günündə Azərbaycanın 3 idman gimnastı finala vəsiqə qazanıb.
Fərdi
14 Mart , 2019 17:35
Azərbaycanın 3 idman gimnastı Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib

Bakıda keçirilən Dünya Kubokunun ilk yarış günündə Azərbaycanın 3 idman gimnastı finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, bunlar Marina Nekrasova, Murad Ağarzayev və Nikita Simonovdur.

Nekrasova təsnifat mərhələsində dayaqla tullanma yarışlarında 13,966 xal toplayaraq 7-ci yeri tutub.

Sərbəst hərəkətlərdə 14,066 xal yığan Ağarzayev də təsnifat mərhələsində eyni pillədə qərarlaşıb. Halqalarda çıxış edən Simonov isə 14,433 xalla 8-ci olub.

Hər 3 gimnastın tutduğu yer onlara martın 16-da keçiriləcək finalda iştirak imkanı verib.

Qeyd edək ki, Dünya kubokunda Azərbaycanı İvan Tixonov da təmsil edir. Bütün 4 idman gimnastı mübarizəni martın 15-də təsnifat yarışlarında davam etdirəcək. Murad Ağarzayev dayaqla tullanma və dəstəli atla, Nikita Simonov turnirlə, İvan Tixonov isə hər 3 hərəkətdə qüvvəsini sınayacaq. Bu növlər üzrə finallar 16-17 martda olacaq. 

Son xəbərlər

Orphus sistemi