Gənclər və İdman Nazirliyi diplomatiyada biliyini təkmilləşdirmək istəyənlərə müraciət edib

Gənclər və İdman Nazirliyi diplomatiyada biliyini təkmilləşdirmək istəyənlərə müraciət edib Gənclər və İdman Nazirliyi beynəlxalq münasibətlər və diplomatiya sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək istəyən gənclərə müraciət edib.
Fərdi
30 May , 2023 00:21
Gənclər və İdman Nazirliyi diplomatiyada biliyini təkmilləşdirmək istəyənlərə müraciət edib

Gənclər və İdman Nazirliyi beynəlxalq münasibətlər və diplomatiya sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək istəyən gənclərə müraciət edib.

“Report” xəbər verir ki, müraciətdə qeyd olunur ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının təşkilatçılığı ilə "Qoşulmama Hərəkatı İlk Yay Məktəbi"nə müraciətlər açıq elan edilib.

“İyunun 12-dən 17-dək Şəki Olimpiya İdman Kompleksində keçiriləcək yay məktəbində gənclər müxtəlif təlim, seminar, vorkşop, panel görüşlərdə iştirak edərək Qoşulmama Hərəkatının tarixi, dəyər və prinsipləri, hərəkatın gündəliyində olan aktual məsələlərlə bağlı məlumat əldə edəcək və beynəlxalq arenalarda QH ölkələrini təmsil etmək üçün zəruri diplomatik bilik və bacarıqlara yiyələnəcəklər. Layihədə iştirak etmək istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin”, - müraciətdə qeyd edilir.

Son xəbərlər

Orphus sistemi