Fransada MMA döyüşlərinin keçirilməsi qaydalarında dəyişiklik edib

Fransada MMA döyüşlərinin keçirilməsi qaydalarında dəyişiklik edib Bu barədə nazirlik qərar qəbul edib
Fərdi
27 Oktyabr , 2016 15:49
Fransada MMA döyüşlərinin keçirilməsi qaydalarında dəyişiklik edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Fransa İdman Nazirliyi ölkədə MMA döyüşlərinin keçirilməsi qaydalarında dəyişiklik edilib. 

"Report"un "Sky Sport"a istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Məlumatda döyüşlərin rinqdə və ya xalça üzərində keçiriləcəyi qeyd olunub. Yeni qərara əsasən, rəqibin başına, ənsəsinə, boğazına, onurğa sütununa zərbə vurmaq, diz və dirsəklə zərbə endirmək, barmaqla ağız və burun nahiyəsindən xəsarət yetirmək qadağan olunub. Nazirlik bu cür hallar baş verəcəyi təqdirdə həmin idmançının diskvalifikasiya olunacağını qeyd edib.

Fransa MMA İttifaqının prezidenti Bertran Amossu nazirliyin bu cür qərar verməsini hörmətsizlik adlandırıb və bu səbəbdən məhkəməyə müraciət edəcəklərini deyib.

Son xəbərlər

Orphus sistemi