​Formula 1 üzrə Avropa Qran Prisində pilotların yer alacağı sıralar müəyyənləşir

​Formula 1 üzrə Avropa Qran Prisində pilotların yer alacağı sıralar müəyyənləşir Bu gün sərbəst və sıralama yürüşləri olacaq
Fərdi
18 İyun , 2016 12:49
​Formula 1 üzrə Avropa Qran Prisində pilotların yer alacağı sıralar müəyyənləşir

Bakı. 18 iyun. REPORT.AZ/ Bu gün Bakıda Formula 1 üzrə Avropa Qran Prisi çərçivəsində sıralama yürüşü baş tutacaq. "Report"un məlumatına görə, yürüş nəticəsində iyunun 19-da keçiriləcək əsas yarış üçün pilotların yer alacağı sıralar müəyyənləşəcək. 

Bolidlər saat 17:00-dan etibarən paytaxtın mərkəzi küçələrində şütüməyə başlayacaq. Sıralama yürüşündən öncə Formula 1 azarkeşləri üçüncü sərbəst yürüşün şahidi olacaqlar. Avropa Qran Prisinin son sərbəst yürüşü saat 14:00-da start götürəcək.

Saat 12:00-da isə GP2 seriyası üzrə birinci yarışa start verilib. Pilotlar 29 dövrə vuracaqlar. Dünən keçirilən sıralama yürüşünün nəticəsinə görə, "Prema Racing" komandasının pilotu Antonio Covinatsinin bolidi birincidir.

Qeyd edək ki, Avropa Qran-prisinin ilk günündə iki sərbəst yürüş keçirilib. Hər iki yarışın qalibi "Mercedes"in pilotu Lüis Hamilton olub. Bundan əlavə yürüş zamanı ən yüksək sürət də qeydə alınıb. "Scuderia Toro Rosso"nun pilotu Karlo Saynts sürətini 351 km/saata çatdırıb.

Son xəbərlər

Orphus sistemi