"Formula 1" təhlükəsizlik avtomobilini təqdim etdi

"Formula 1" təhlükəsizlik avtomobilini təqdim etdi "Formula 1" 2020 mövsümündə istifadə ediləcək təhlükəsizlik və tibbi seriyalı avtomobilin yeni dizaynını nümayiş etdirib.&
Fərdi
2 İyul , 2020 13:58
Formula 1 təhlükəsizlik avtomobilini təqdim etdi

"Formula 1" 2020 mövsümündə istifadə ediləcək təhlükəsizlik və tibbi seriyalı avtomobilin yeni dizaynını nümayiş etdirib. 

"Report"un məlumatına görə, əsas xüsusiyyət avtomobillərin kapotlarında və ya qapılarında göy qurşağının təsvir edilməsidir. 

Bu, irqçilik, ayrıseçkilik və sosial ədalətsizliklə mübazirə məqsədi ilə "Formula 1"in təşəbbüsünün dəstəklənməsi üçün edilib. 

Qeyd edək ki, "Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Mövsümə Avstriyada (3 - 5 iyul və 10 - 12 iyul) start veriləcək. Daha sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.

Son xəbərlər

Orphus sistemi