Yuxarı

BBC ​"Formula-1"i yayımlamaqdan imtina edib

Bu barədə çempionatın baş meneceri Berni Ekklstoun açıqlama verib

Bakı. 21 dekabr. REPORT.AZ/ 2016-cı ildə keçiriləcək "Formula 1" üzrə Qran-Pri İngiltərənin "Channel 4" telekanalı vasitəsilə yayımlanacaq. "Report"un məlumatına görə, bu barədə çempionatın baş meneceri Berni Ekklstoun açıqlama verib.

O, "Formula-1"in İngiltərədə yayımçısı olan BBC kanalının müqavilə şərtlərini yerinə yetirə bilmədiyini və bu səbəbdən yeni yayım şirkəti ilə anlaşdıqlarını bildirib: "Buna baxmayaraq şadam ki, "Formula-1" zamanı yarışlar reklamsız və fasiləsiz yayımlanacaq. Əminəm ki, "Channel 4" BBC ilə eyni səviyyədə qalmayacaq və yeni yanaşmalar təklif edəcək".

Qeyd edək ki, "Formula-1"in yayım hüququ BBC telekanalına məxsus idi. Lakin tərəflər yeni şərtlərdə razılaşmadıqlarından, yayım "Channel 4" kanalına verilib. Yeni yayımçı tamaşaçılara 2016-cı ildə keçiriləcək 10 Qran-Prini, seçmə mərhələ və digər 11 mərhələnin ən maraqlı anlarını təqdim edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi