"Formula 1" prezidenti: "Sprint yarışı ev sahibi olanlara əlavə dəyər qatacaq”

"Formula 1" prezidenti: "Sprint yarışı ev sahibi olanlara əlavə dəyər qatacaq” "Sprint yarışı keçirməyi səbirsizliklə gözləyirik"
Fərdi
8 Dekabr , 2022 09:59
Formula 1 prezidenti: Sprint yarışı ev sahibi olanlara əlavə dəyər qatacaq”

"İnanıram ki, sprint formatı əsas tərəfdaşlarımıza, komandalara, yayımçılara və yarışa ev sahibliyi edən ölkələrə əlavə dəyər qatacaq”.

"Report"un məlumatına görə, bunu "Formula 1" prezidenti Stefano Domenikali 2023-cü ildə keçiriləcək sprint yarışları ilə bağlı danışarkən deyib.

57 yaşlı funksioner bu formatla bağlı son iki il ərzində azarkeşlərdən müsbət rəy aldıqlarını bildirib: "Növbəti mövsümdə altı sprint yarışı keçirməyi səbirsizliklə gözləyirik. Bu yarışlar üç gündən ibarət yarış həftəsonunun daha rəqabətli keçməsinə şərait yaradır, avtoidman həvəskarlarına daha çox həyəcan yaşadır".

2023-cü il mövsümündə baş tutacaq Sprint yarışlarının təqvimi:

Azərbaycan Qran Prisi (28-30 aprel)
Avstriya Qran Prisi (30 iyun-2 iyul)
Belçika Qran Prisi (28-30 iyul)
Qətər Qran Prisi (6-8 oktyabr)
ABŞ Qran Prisi (20-22 oktyabr)
Braziliya Qran Prisi (3-5 noyabr)

Qeyd edək ki, Sprint yarışı cümə günü keçirilən sıralama turunun nəticələrinə əsasən, şənbə günləri baş tutur. Buna müvafiq olaraq, Bakıdakı yarış şənbə günü, aprelin 29-na təsadüf edəcək.

Son xəbərlər

Orphus sistemi