"Formula 1": Daniel Rikkardonun maaşı açıqlandı

"Formula 1": Daniel Rikkardonun maaşı açıqlandı Formula 1də çıxış edən McLaren komandasının yeni pilotu Daniel Rikkardonun məvacibi müəyyənləşib.
Fərdi
21 May , 2020 13:31
Formula 1: Daniel Rikkardonun maaşı açıqlandı

"Formula 1"də çıxış edən "McLaren" komandasının yeni pilotu Daniel Rikkardonun məvacibi müəyyənləşib.

"Report"un "Sportune" nəşrinə istinadən məlumatına görə, Böyük Britaniya komandası ilə 2+1 illik müqavilə imzalayan avstraliyalı sürücünün maaşı hər mövsüm üçün 10 milyon avro təşkil edəcək.

Bundan əlavə, 31 yaşlı pilot 2021-ci ildən hər xala görə 400 min avro, qələbəyə görə isə 1 milyon avro bonus qazanacaq.

Həmçinin müqavilədə Rikkardonun "McLaren"in əsas pilotu kimi göstərildiyi bildirilib.

Qeyd edək ki, Daniel Rikkardo "McLaren"də Karlos Saynsı əvəz edib. İspaniyalı pilot isə "Ferrari" ilə müqavilə imzalayıb. 

Son xəbərlər

Orphus sistemi