"Formula 1": Belçika Qran-prisi təqvimdən çıxarılır

"Formula 1": Belçika Qran-prisi təqvimdən çıxarılır Belçika Qran-prisi "Formula 1" üzrə dünya çempionatında 2023 mövsümünün təqvimindən çıxarıla bilər.
Fərdi
21 İyun , 2022 13:56
Formula 1: Belçika Qran-prisi təqvimdən çıxarılır

Belçika Qran-prisi "Formula 1" üzrə dünya çempionatında 2023 mövsümünün təqvimindən çıxarıla bilər.

"Report" "Sports Mole" nəşrinə istinadən xəbər verir ki, promouterlər hələ də yarış rəhbərliyi ilə yeni müqavilə bağlamayıblar.

"Formula 1"in baş direktoru Stefano Domenikalı Kanada Qran-prisi zamanı komandaların rəhbərlərinə gələn ilin təqvimdə rekord sayda - 24 yarışın olacağını bildirib. ABŞ və hətta Afrikada yeni imkanlar ortaya çıxdığından, yarışlardan 16-sı Avropadan kənarda baş tutacaq.

"Köhnə qitə"də ixtisara düşəcək Qran-prinin isə məhz Belçikadakı Spa-Frankorşam trasında keçirilən yarış olacağı gözlənilir.

"AlphaTauri" komandasının rəhbəri Frants Tost bunun maliyyə ilə bağlı olduğunu söyləyib: "Hər şey çox sadədir. Pul yoxdursa, yarış da yoxdur. Pulları varsa, ora gedirik. Yoxdursa, getmirik".

Son xəbərlər

Orphus sistemi