FINA-nın vitse-prezidenti olimpiadada hakimlərə təzyiq edib

Fərdi
  • 12 aprel, 2022
  • 09:08
FINA-nın vitse-prezidenti olimpiadada hakimlərə təzyiq edib

Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) vitse-prezidenti Çjou Tszihun Tokio-2020 Yay Olimpiya Oyunlarında hakimləri qorxutmaqda və onlara qarşı qeyri-etik davranışda günahlandırılıb.

"Report"un "Inside the Games"a istinadən məlumatına görə, 57 yaşlı çinli funksioner həmyerlilərinin suya tullanma yarışında aşağı bal topladığı üçün Yeni Zelandiyadan olan hakim Liza Rayta iradlar bildirib.

O, Raytın çinli idmançılara qarşı qərəzli olduğunu irəli sürüb və referi üçün xoşagəlməz nəticələrin olacağını söyləyib.

FINA-nın Texniki komitəsi hakimin işində ciddi səhvlər aşkarlamayıb. Etika Komissiyası isə hazırda Tszihunun davranışı ilə məşğul olur. Vitse-prezident daha əvvəl də böyük yarışlarda hakimlərə təzyiq göstərib.