Yuxarı

​FIA-nın texniki direktoru Bakıda küçə yolunun tikintisində irəliləyişdən razıdır

Hər şey ilkin qrafikə əsasən gedir

Bakı. 1 sentyabr. REPORT.AZ/ FIA-nın (Beynəlxalq Avtomobil Federasiyası) texniki direktoru Çarli Uaytinq gələn il debüt "Formula-1" yarışlarının keçiriləcəyi Bakı şəhərində küçə yolunun tikintisində irəliləyişdən razı qalıb.

"Report" xəbər verir ki, bu barədə o "Autosport" nəşrinə müsahibəsində bildirib.

2014-cü ilin 15-17 iyul tarixlərində Bakıda ilk dəfə olaraq Avropa Qran-pri yarışları keçiriləcək

"Mənim Belçikada German Tilke ilə [yolun layihələndiricisi] görüşüm oldu. Əlbəttə söhbət standart yarış yolundan getmir, çünki bu tamamilə küçə treki olacaq. Narahatlıq doğuran bir neçə məsələ qalıb, lakin onlar bu məsələlərin həlli üçün maksimum səy göstərirlər. Bütövlükdə hər şey ilkin qrafikə uyğun gedir. Gələn ay çox mühüm olan yeni asfalt örtüyünün çəkilişi və digər bu kimi işlərin görülməsinə başlanacaq. Onlar bütün məsələlərə ciddi yanaşırlar", - deyə Uaytinq bildirib.

Uaytinqin Bakıya növbəti səfəri yanvarın əvvəlinə nəzərdə tutulub. Səfər zamanı o, yol tikintisində uğurları və mühüm problemlərin həllini qiymətləndirəcək.

"Ümumi istifadə obyektləri ilə bağlı kiçik maneələr qalıb, onların həllindən sonra yolun özünün tikintisinə başlanacaq. Səki, divar və başqa obyektləri bir qədər dəyişmək lazımdır, çünki təhlükəsizlik zonası ilə yanaşı döngələrə ideal giriş trayektoriyasını təmin etmək lazımdır. Amma məndə olan məlumata görə, onlar bunu da nəzərə almaqla vəzifələrinin öhdəsindən çox gözəl gəlirlər", - deyə Çarli bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi