Yuxarı

Fernando Alonso Bəhreyn Qran Prisinə buraxılmayıb

O, bir saat yarım tibb məntəqəsində qalıb

Bakı. 31 mart. REPORT.AZ/ Fernando Alonso həftəsonu keçiriləcək Bəhreyn Qran Prisində iştirak edə bilməyəcək. "Report"un "DailyMail"ə istinadən verdiyi məlumata görə, həkimlər onu tibbi nöqteyi-nəzərdən yarışa qatılmaq üçün yararsız hesab ediblər.

Məşhur ispaniyalı pilot bu gün səhər saatlarında Bəhreyn Beynəlxalq Halqasının həkimləri tərəfindən yoxlamadan keçirilib və testin nəticələri mənfi olub. F.Alonso bir saat yarım tibb məntəqəsində qalıb.

34 yaşlı F.Alonso Avstraliya Qran Prisində saatda 200 km sürətlə hərəkət edərkən qəzaya düşüb. Heç kimin yardımı olmadan maşından çıxan idmançı daha sonra dizlərində və qabırğalarında ağrıların olduğunu bildirib.

Elə həmin gün FİA doktoru Yan Roberts tərəfindən müayinə olunan F.Alonsoya səyahət edə bilmək üçün icazə verilib.

Lakin son müayinələr zamanı həkim rəyi mənfi olduğundan, onu McLaren-in ehtiyatda olan idmançısı Ştoffel Vandorn əvəzləyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi