Sevindirici haldır ki, iştirakçıların və finişə çatanların sayında artım müşahidə olundu.
"Report"un bölgəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Qəbələ - Xankəndi ultramarafonundan sonra jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, yarışın yüksək səviyyədə təşkil olunduğunu söyləyib:
"Qarabağda yenidənqurma işləri sürətlə davam etməkdədir. Biz də öz növbəmizdə artıq bir neçə dəfə işğaldan azad olunmuş torpaqlarda yarışlar keçirmişik. Ötən il ultramarafon Xankədidə start götürmüşdüsə, bu il Xankəndidə yekunlaşdı. Sevindirici haldır ki, iştirakçıların və finişə çatanların sayında artım müşahidə olundu. Hətta bu il qadın iştirakçıların sayı da ötənilkinə nisbətən çox idi. Bundan başqa, yarışda iştirak edən əcnəbi idmançıların da say çoxluğu təqdirəlayiq hal idi. Bu, bir daha sübut edir ki, doğru yoldayıq. Yarışın maraqlı keçməsinə görə Azərbaycan Atletika Federasiyasına və Bakı Şəhər Halqasına təşəkkürümü bildirirəm".