Dünya Kuboku: Sərbəst güləş millimizin heyəti açıqlandı

Dünya Kuboku: Sərbəst güləş millimizin heyəti açıqlandı Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda iştirak edən Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının heyəti açıqlanıb.
Fərdi
15 Dekabr , 2020 16:33
Dünya Kuboku: Sərbəst güləş millimizin heyəti açıqlandı

Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kuboku üçün Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının heyəti açıqlanıb.

Federasiyadan "Report"a verilən məlumata görə, ölkəni baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Rəşad Yusifli (79 kq), Abubakr Abakarov (86 kq), Hacımurad Məhəmmədsəidov (92 kq), Şamil Zubairov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcək.

Bu gün püşkatma mərasimi keçiriləcək və güləşçilərin ilk rəqibləri müəyyənləşəcək.

Qeyd edək ki, sərbəst güləşçilər mübarizəyə sabah qoşulacaq. Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi