EYOF: Azərbaycanın 5 güləşçisi finala yüksəlib - YENİLƏNİB

EYOF: Azərbaycanın 5 güləşçisi finala yüksəlib - YENİLƏNİB Azərbaycanın 5 güləşçisi Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala yüksəlib.
Fərdi
23 İyul , 2019 14:31
EYOF: Azərbaycanın 5 güləşçisi finala yüksəlib - YENİLƏNİB

Azərbaycanın 5 güləşçisi Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala yüksəlib.

"Report" xəbər verir ki, sərbəst güləşçilərdən Kənan Heybətov (51 kq) həlledici dueldə Rusiyalı Rustam Dolaytevlə, Cəbrayıl Hacıyev (65 kq) isə onun həmyerlisi Batirbek Tşkovrebovla üz-üzə gələcək.

Yunan-Roma güləşçilərindən Elmir Əliyev (51 kq) finalda ukraynalı Sanya Yakovlevə, Xasay Həsənli (65 kq) isə Almaniya təmsilçisi Deni Nakayevə rəqib olub.

Qadın güləşçilərdən Elnurə Məmmədova (53 kq) qızıl medal uğrunda Polina Lukina (Rusiya) ilə münasibətlərə aydınlıq gətirəcək. 1/4 finalda məğlub olan Nigar Mirzəzadə isə təsəlliverici görüşdə Böyük Britaniya idmançısı Lusi Makqratın müqavimətini qırmağa çalışacaq.

Medal görüşləri saat 16:00-da başlayacaq.

Qeyd edək ki, daha öncə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq), Qurban Qurbanov (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb. Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib.


13:00**

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) güləş yarışları bu gün başa çatacaq.

"Report"un məlumatına görə, yarışın üçüncü günündə son 7 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Azərbaycan təmsilçilərindən 6-sı artıq 1/4 finala yüksəlib.  

Sərbəst güləşçi Kənan Heybətov (51 kq) debütdə ukraynalı rəqibini tam üstünlüklə məğlub edib. Cəbrayıl Hacıyev (65 kq) ilk görüşdə gürcüstanlı güləşçi üzərində inamlı qələbə qazanıb. Hacıyev 1/8 finalda isə türkiyəli rəqibini məğlub edib. 

Yunan- Roma güləşçilərindən Elmir Əliyev (51 kq) ilk cəhddə Norveç təmsilçisini sıradan çıxarıb. Xasay Həsənli (65 kq) 1/8 finalda Yunanıstan idmançısını asanlıqla üstələyib. 

Qadınların yarışında Elnurə Məmmədova (53 kq) və Nigar Mirzəzadə (65 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Birgül Soltanova (57 kq) isə 1/8 finalda Rusiya güləşçisinə uduzub.


Sərbəst güləş

51 kq

1/8 final - Kənan Heybətov - İvan Terzi (UKR) 12:2

1/4 final - Kənan Heybətov - Niko Hivonen (FİN)

65 kq
Təsnifat - Cəbrayıl Hacıyev - Davit Patsinaşvili (GEO) 13:3

1/8 final - Cəbrayıl Hacıyev - Duhan Hamza Duman (TUR) 10:0

1/4 final - Cəbrayıl Hacıyev - Konstantinos Nikopolidis (GRE)


Yunan-Roma güləşi

51 kq

1/8 final - Elmir Əliyev - Kristofer Andresen (NOR) 8:0

1/4 final - Elmir Əliyev - Denis-Florin Mihay (ROU)

65 kq

Təsnifat - Xasay Həsənli - Fotios Bukis (GRE) 7:0

1/8 final - Xasay Həsənli - Kasperi Kauhanen (FİN) 3:1

1/4 final - Xasay Həsənli - David Loher (SUİ)

Qadın güləşi

53 kq

1/8 final - Elnurə Məmmədova - Flora Vizi (HUN) *4:4

1/4 final - Elnurə Məmmədova

57 kq
1/8 final - Birgül Soltanova - Darya Manuil (RUS) 2:2*

65 kq

1/8 final - Nigar Mirzəzadə - Mari Trautman (GER) 8:0

1/4 final - Nigar Mirzəzadə - Nesrin Baş (TUR)

Son xəbərlər

Orphus sistemi