Levon Aronyan rəsmən ABŞ təmsilçisi olub

Levon Aronyan rəsmən ABŞ təmsilçisi olub Ermənistanlı şahmat Levon Aronyan bundan sonra ABŞ Şahmat Federasiyasını təmsil edəcək.
Fərdi
1 Dekabr , 2021 12:16
Levon Aronyan rəsmən ABŞ təmsilçisi olub
Levon Aronyan

Ermənistanlı şahmatçı Levon Aronyan bundan sonra ABŞ Şahmat Federasiyasını təmsil edəcək.

"Report"un məlumatına görə, 39 yaşlı qrossmeyster dekabr ayı üçün açıqlanan Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqində ABŞ idmançısı kimi göstərilib.

Aronyanın FIDE-nin saytındakı məlumatları da dəyişdirilib.

Qeyd edək ki, Levon Aronyan ABŞ-a köçmək barədə qərarını daha əvvəl açıqlayıb. Təcrübəli qrossmeyster qərarını dövlətin şahmata diqqət ayırmaması ilə əlaqələndirib.

Son xəbərlər

Orphus sistemi