Ermənistan Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında iştirakı ilə bağlı hələlik məlumat verməyib

Ermənistan Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında iştirakı ilə bağlı hələlik məlumat verməyib Ermənistan Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında iştirakı ilə bağlı hələlik məlumat verməyib.
Fərdi
23 aprel 2025 11:17
Ermənistan Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında iştirakı ilə bağlı hələlik məlumat verməyib

Ermənistan Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında iştirakı ilə bağlı hələlik məlumat verməyib.

"Report"un məlumatına görə, bunu mətbuat konfransında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təhlükəsizlik və əməliyyatlar üzrə rəhbəri Aygül Ağayeva deyib.

"Hər bir beynəlxalq tədbirin qaydalarına uyğun olaraq, dəvət olunan ölkələr var. Biz ölkələrə öz dəvətlərimizi göndəririk", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.

İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.

Orphus sistemi