EOC prezidenti vəfat etdi

Fərdi
  • 01 iyun, 2020
  • 21:24
EOC prezidenti vəfat etdi
Yanez Koçiyançiç

Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Yanez Koçiyançiç 79 yaşında dünyasını dəyişib.

"Report"un EOC-un rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb uzun sürən xəstəlikdir.

Sloveniyalı funksioner quruma 2017-ci ildən rəhbərlik edirdi. 2015-ci ildən isə o, EOC İcraiyyə Komitəsinin üzvü idi. 

Koçiyançiç Minsk-2019 II Avropa Oyunlarının və Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının təşkilinə rəhbərlik edib.