Bakı. 14 may.
"Report" xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 100 kq çəki dərəcəsində qızıl medal qazanan cüdoçu Elxan Məmmədov deyib. E.Məmmədovun sözlərinə görə, karyerasını davam etdirməsi üçün gücü var: "Karyeramı davam etdirib-etdirməyəcəyimi deyə bilmərəm. Hər günün öz hökmü var. Amma mənim gücüm var".
E.Məmmədov finalda yendiyi Elmar Qasımovla bağlı da fikrini bölüşüb: "Görüş bərabər səviyyədə gedirdi. Elmar tataminin kənarına çıxdı və ona görə mən qalib gəldim".
Qalib cüdoçu bildirib ki, çempionluqdakı əsas motivasiyası yüksək pul mükafatı yox, pis vərdişlərdən çəkinməsidir: "Cənab prezidentə minnətdaram ki, bizə belə mükafat təyin edib. Amma bu mükafat bizi sıxır. Əslində qıraqda güləşmək daha asandır. Doğma divarlar arasında güləşmək daha məsuiliyyətlidir".