Elxan Məmmədov: "Azərbaycan xalqını hələ çox sevindirəcəyik"

Elxan Məmmədov: "Azərbaycan xalqını hələ çox sevindirəcəyik" Bakı. 27 fevral. REPORT.AZ/ “İlk dəfədir lisenziya xarakterli yarışda 4 medal əldə etdik. İndiyə qədər lisenziya xarakterli yarışlarda cəmi 1 medal götürə bilmişdiksə, bu dəfə 4 cüdoçumuz fəxri kürsüyə yüksəldi”.
Fərdi
27 Fevral , 2019 13:53
Elxan Məmmədov: Azərbaycan xalqını hələ çox sevindirəcəyik

Bakı. 27 fevral. REPORT.AZ/ “İlk dəfədir lisenziya xarakterli yarışda 4 medal əldə etdik. İndiyə qədər lisenziya xarakterli yarışlarda cəmi 1 medal götürə bilmişdiksə, bu dəfə 4 cüdoçumuz fəxri kürsüyə yüksəldi”.

Bunu “Report”a cüdo üzrə Azərbaycan millisinin məşqçisi, dünya çempionu Elxan Məmmədov Almaniyanın Düsseldorf şəhərindəki Böyük Dəbilqə turnirindəki nəticəni şərh edərkən deyib. 37 yaşlı mütəxəssisin sözlərinə görə, turnirdə Yaponiya cüdoçusunu yalnız 90 kq çəkidə çıxış edən Məmmədəli Mehdiyev məğlub edə bilib: “Mehdiyevin finalda üstələdiyi Sanşiro Murao gənc olsa da, zəif deyil. O, həlledici görüşə qədər dünyanın digər güclü cüdoçularını məğlub etdi və ciddi çətinlik yaşamadı. Ötən il Bakıda keçirilmiş dünya çempionatına bu çəkidə Kenta Naqasava gəlmişdi və bürünc medal qazandı. Yəni, Yaponya millisi 90-kq çəki dərəcəsində çox da yüksək nəticə verə bilmir”.

Məmmədov ilk dəfə Böyük Dəbilqə seriyalı turnirdə qızıl medal qazanan Mehdiyevin hazırda əla formada olduğunu söyləyib: “Bütün yarışlarda medalçılar sırasında yer alır. Verilən tapşırıqları həvəslə yerinə yetirir". 

Məşqçi cüdoçuların yüksək nailiyyətlərini gələcəkdə də davam etdirəcəklərinə əminlik ifadə edib: "Azərbaycan xalqını hələ çox sevindirəcəyik”.

Qeyd edək ki, Böyük Dəbilqə turnirində Məmmədəli Mehdiyev (90 kq) qızıl, Rüstəm Orucov (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıb. Bununla da Azərbaycan cüdo yığması 93 ölkə arasında Yaponiya və Braziliyadan sonra 3-cü, kişilərin yarısında isə Yaponiyadan sonra ikinci yeri tutub.

Son xəbərlər

Orphus sistemi