Olimpiya çempionu: "İdman zalları açılsa, qaydalara riayət edilməyəcək"

Olimpiya çempionu: "İdman zalları açılsa, qaydalara riayət edilməyəcək" "İdman zallarının açılmağını hamı gözləyir. Bu gün özümüzə həkim olmalıyı və özümüzü qorumalıyıq. Zallar ona görə açılmır ki, qaydalara riayyət edilməyəcək".
Fərdi
22 Sentyabr , 2020 15:34
Olimpiya çempionu: İdman zalları açılsa, qaydalara riayət edilməyəcək

"İdman zallarının açılmağını hamı gözləyir. Bu gün özümüzə həkim olmalı və özümüzü qorumalıyıq. Zallar ona görə açılmır ki, qaydalara riayət edilməyəcək".

“Report”un məlumatına görə, bu fikirləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli Gənclər və İdman Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayım zamanı deyib.

O bildirib ki, dövlət də vətəndaşlarını qorumaq üçün hər addımı atır və onların sağlamlığını fikirləşir: "Təbii ki, bizdə də zallar açılacaq. Nazirlər Kabineti yanında Operativ Qərargah var. Son qərarı onlar verəcəklər. Mən də istəyərdim ki, zallar açılsın. Bu gün statistikaya baxırlar. Nəticəyə əsasən, zallar açılmır".

Son xəbərlər

Orphus sistemi