Elnur Məmmədli: "Gələcəyin çempionları məhz bu yarışlardan seçilir"

Elnur Məmmədli: "Gələcəyin çempionları məhz bu yarışlardan seçilir" "Yarışda Respublikanın müxtəlif rayon və şəhərlərindən olan klublar və idman təşkilatlarından 570-ə yaxın idmançı güclərini sınayır".
Fərdi
14 Yanvar , 2022 11:26
Elnur Məmmədli: Gələcəyin çempionları məhz bu yarışlardan seçilir
Elnur Məmmədli

"Yarışda Respublikanın müxtəlif rayon və şəhərlərindən olan klublar və idman təşkilatlarından 570-ə yaxın idmançı güclərini sınayır".

Bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli 18 yaşadək cüdoçular arasında Bakıda keçirilən Azərbaycan birinciliyi haqqında danışarkən deyib.

Məmmədli turnirdə 479 oğlan, 89 qız cüdoçunun mübarizə apardığını xatırladıb. "Müşahidələrimizdən elə görürük ki, idmançılar yarışa ciddi şəkildə və tam hazır gəliblər. Ölkə birinciliyinin nəticələrini birlikdə izləyəcəyik".

Federasiya rəsmisinin sözlərinə görə, belə turnirlər gələcəkdə də cüdo ilə ciddi məşğul olmağı düşünən gənclərin karyerasında önəmli addımdır: "Gələcəyin çempionları da məhz bu yarışlardan seçilir. Yeniyetmələrdən ibarət milli yiğma komadanın yeni heyəti də məhz bu ölkə birinciliyinin nəticələri arasında formalaşdırılacaq".

Qeyd edək ki, turnirə yanvarın 16-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi