Yuxarı

​Efiopiyanın 9 atletində dopinq aşkarlanıb

Onlardan 5-i məşhur idmançıdır

Bakı. 1 mart. REPORT.AZ/ Efiopiyanın qaçışla məşğul olan 9 atletində dopinq aşkarlanıb. "Report"un məlumatına görə, bu barədə Efiopiya Milli Antidopinq Agentliyinin baş katibi Solomon Meazu açıqlama verib.

Dopinqə düşən atletlərdən 5-nin yüksək səviyyəli idmançılar olduğu bildirilir. Lakin onların adları hələlik açıqlanmır.

Artıq idmançılar haqda məlumatlar Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası və Ümumdünya Antidopinq Agentliyinə göndərilib.

Qeyd edək ki, Azərbaycanın atletika millisində də əslən efiopiyalı idmançılar yer alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi