Dünya Qadın Seriyası: “Neftçi” Melilya mərhələsinin çempionu olub - YENİLƏNİB-2
- 19 avqust, 2023
- 20:06
Yeniliklərdən dərhal xəbərdar olun!
“Neftçi” İspaniyada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsinin çempionu olub.
“Report”un məlumatına görə, Azərbaycan klubu finalda İspaniya millisini məğlub edib.
Gərgin duelin yekununda rəqibini 13:12 hesabı ilə üstələyən “Neftçi” Melilya mərhələsinin qalibi olub. “Ağ-qaralar”ın üzvü Bryana Freyzer yarışın ən dəyərli oyuncusu (MVP) mükafatına layiq görülüb.
Qeyd edək ki, Dünya Qadın Seriyasında Azərbaycanın 3x3 qadın millisi və “Neftçi” klubu növbəti oyunlarını avqustun 22-də Bakıda keçirəcəklər.
22:28
İspaniyada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində "Neftçi"nin yarımfinal oyunu baş tutub.
"Report" xəbər verir ki, "ağ-qaralar" reytinqə görə Melilya mərhələsinin bir nömrəli komandası olan Çin millisi ilə üz-üzə gəlib və rəqibini 17:13 hesabı ilə məğlub edərək finala yüksəlib.
Azərbaycan təmsilçisi həlledici görüşdə Niderland - İspaniya cütünün qalibi ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 23:15-də baş tutacaq.
20:58
İspaniyada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində "Neftçi"nin 1/4 final oyunu baş tutub.
"Report" xəbər verir ki, ABŞ millisi ilə qarşılaşan "ağ-qaralar" matça üstün başlayıb və yekunda rəqibi üzərində 17:14 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Finala gedən yolda Azərbaycan təmsilçisi Çin millisi ilə görüşəcək.
Matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.