​Dünya Kubokunda mübarizə aparan şahmatçılara bəzi qadağalar tətbiq olunub

​Dünya Kubokunda mübarizə aparan şahmatçılara bəzi qadağalar tətbiq olunub Şahmatçılar oyun zalına daxil olarkən yoxlanılacaqlar
Fərdi
11 Sentyabr , 2015 10:14
​Dünya Kubokunda mübarizə aparan şahmatçılara bəzi qadağalar tətbiq olunub

Bakı. 11 sentyabr. REPORT.AZ/ Dünya Kubokunun ilk turundan əvvəl iştirakçı şahmatçılarla toplantı keçirilib. "Report"un "Dünya Kuboku-2015"in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, turnirin FİDE rəsmiləri, eləcə də hakimlər şahmatçılara oyun zalına gələrkən mobil telefon, saat və qələm götürməməyi xahiş edib.

Məlumat verilib ki, şahmatçılar oyun zalına daxil olarkən yoxlanılacaq. Partiyalar başa çatandan sonra belə hakimlər istədikləri şahmatçını təkrar yoxlamaq hüququna malikdirlər.

Qeyd edək ki, şahmat yarışlarında kənar amillərin köməyindən istifadə olunmamaq üçün belə addımlar atılıb. FİDE hər bir şahmatçını qaydalar çərçivəsində mübarizə aparmağa çağırıb və onların yarış zamanı mobil telefon, digər cihazlardan istifadəsinə qadağa qoyub. 

Son xəbərlər

Orphus sistemi