Dünya çempionu koronavirusa yoluxdu, döyüş təxirə salındı

Dünya çempionu koronavirusa yoluxdu, döyüş təxirə salındı WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə superağır çəkidə dünya çempionu Tayson Fyuri koronavirusa yoluxub.
Fərdi
159
9 İyul , 2021 11:30
Dünya çempionu koronavirusa yoluxdu, döyüş təxirə salındı

WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə superağır çəkidə dünya çempionu Tayson Fyuri koronavirusa yoluxub.

"Report" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bu səbəbdən britaniyalı idmançının iyulun 24-də ABŞ-dan olan Deontey Uaylderlə keçirməli olduğu 3-cü döyüş təxirə salınıb. Qarşılaşma oktyabrın 9-da olacaq.

Fyuri ilə yanaşı, bir neçə məşqçinin də analiz nəticələri müsbət çıxıb. Onların hamısı karantinə alınıblar.

Qeyd edək ki, Tayson Fyuri və Deontey Uaylder arasında Las-Veqasda təşkil əvvəlki görüşdə britaniyalı boksçu 7-ci raundda texniki nokautla qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi