Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kikboksinq millisinin daha bir medalı rəsmiləşib.
Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Rəhim Əliyev (low kick, 71 kq) finalda meydan sahibi Türkiyə idmançısı Aydın Aslana uduzaraq gümüş medalla kifayətlənib.
Beləliklə, ilk iki günün nəticəsinə əsasən Azərbaycanın kikboksinqdə rəsmiləşən medalları bunlardır: Bəhram Rəcəbzadə (low kick, +91 kq) – qızıl medal, Rəhim Əliyev (low kick, 71 kq) – gümüş medal, Elxan Əliyev (full contact, 71 kq), Qəşəm Məmmədov (low kick, 67 kq), Aysu Devrişova (56 kq) - bürünc medal.
Amil Məmmədov (full contact, 51 kq) və Arzuman Qədimovun (low kick, 63,5 kq) bürünc medalları bu çəki dərəcəsində sabah keçiriləcək final görüşlərindən sonra rəsmiləşəcək.
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kikboksinq millisi ilk qızıl medalını qazanıb.
Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dünya çempionu və XI Ümumdünya Oyunlarının qalibi Bəhram Rəcəbzadə (low kick, +91 kq) finalda meydan sahibi Türkiyə idmançısı Kadir Yıldırımı məğlub edib.
Bundan başqa, Amil Məmmədov (full contact, 51 kq) da bürünc medal qazanıb.
Bəhram Rəcəbzadənin nailiyyəti Azərbaycanın İslamiadada qazandığı 25-ci qızıl medal olub.