Dünya çempionatı: Azərbaycanın 1 güləşçisi finalda, digəri "bürünc" uğrunda yarışacaq

Dünya çempionatı: Azərbaycanın 1 güləşçisi finalda, digəri "bürünc" uğrunda yarışacaq Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında mübarizəyə başlayıb.
Fərdi
2 Noyabr , 2021 20:18
Dünya çempionatı: Azərbaycanın 1 güləşçisi finalda, digəri bürünc uğrunda yarışacaq
0 : 00
0 : 00

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında yarımfinal görüşünü keçirib.

"Report"un məlumatına görə, 72 kq-da mübarizə aparan Ülvi Qənizadə finala gedən yolda rusiyalı Sergey Kutuzovla qarşılaşıb.

Rəqibinə 2:3 hesabı ilə uduzan Qənizadə bürünc medal uğrunda güləşəcək.

20:07

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 67 kq-da mübarizə aparan idmançının rəqibi türkiyəli Kadir Kamal olub. 4:1 hesablı qələbə qazanan Cəfərov adını finala yazdırıb.

O, həlledici qarşılaşmada İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə qarşılaşacaq.

18:49

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 72 kq-da çıxış edən Ülvi Qənizadə 1/4 finalda macarıstanlı Atilla Toesmagiyə 2:1 hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırıb. İdmançı finala vəsiqə uğrunda rusiyalı Sergey Kutuzovla qüvvəsini sınayacaq.

18:14

Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 67 kq-da çıxış edən Həsrət Cəfərov debütdə meksikalı Dieqo Martinesi məğlub edib. 1/8 finalda rumıniyalı Vasile Dosoftei, növbəti mərhələdə isə qazaxıstanlı Sultan Assetuliyə qalib gələn idmançı yarımfinala yüksəlib. Onun finala gedən yolda rəqibi türkiyəli Kadir Kamal olacaq.

72 kq-dakı Ülvi Qənizadə isə startda Qırğızıstan güləşçisi Ligilik Satimkul üzərində inamlı qələbə qazanıb. 1/8 finalda Hindistan təmsilçisi Vikaş Vikaşla gərgin qarşılaşmadan da qalib ayrılan idmançını 1/4 finalda macarıstanlı Atilla Toesmagi ilə görüş gözləyir.

Qeyd edək ki, 55 kq-da mübarizə aparan Nihad Quluzadə isə təsəlliverici görüşlərə qatılıb. Əvvəlcə özbəkistanlı İxtiyar Botirovu, ardınca isə ukraynalı Taras Krupskini mübarizədən kənarlaşdıran güləşçi bürünc medal uğrunda ABŞ təmsilçisi Teylor La Montla üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi