Dünya çempionatı: Azərbaycanın şahmat yığması 2-ci məğlubiyyətini alıb

Dünya çempionatı: Azərbaycanın şahmat yığması 2-ci məğlubiyyətini alıb Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.
Fərdi
214
28 Sentyabr , 2021 21:53
Dünya çempionatı: Azərbaycanın şahmat yığması 2-ci məğlubiyyətini alıb

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı 3-cü qarşılaşmasında Fransanı sınağa çəkib.

Oyun rəqibin 3,5:0,5 hesablı qalibiyyəti ilə yekunlaşıb.

Dünya çempionatı

A qrupu

III tur

Fransa - Azərbaycan - 3,5:0,5

Mari Sebaq - Günay Məmmədzadə - 1:0

Nataşa Benmesbax - Ülviyyə Fətəliyeva - 1:0

Andrea Navrotesku - Gülnar Məmmədova - 0,5:0,5

Silviya Alekseyeva - Zeynəb Məmmədyarova - 1:0

Qeyd edək ki, Azərbaycan millisi 4 turdan sonra 2 xalla 5-ci pillədə qərarlaşıb.

18:48

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində təşkil olunan dünya çempionatında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı 3-cü qarşılaşmasında Rusiya ilə qüvvəsini sınayıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb - 3,5:0,5.

Bu görüşdə yığmanın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova mübarizə aparıb.

Yığma günün ikinci qarşılaşmasında Fransanı sınağa çəkəcək.

Dünya çempionatı

A qrupu

II tur

Azərbaycan - Rusiya - 0,5:3,5

Günay Məmmədzadə - Aleksandra Qoryaçkina - 0:1

Gülnar Məmmədova - Aleksandra Kostenyuk - 0:1

Ülviyyə Fətəliyeva - Polina Şuvalova - 0,5:0,5

Türkan Məmmədyarova - Alina Kaşlinskaya - 0:1

Qeyd edək ki, Azərbaycan millisi ilk oyun günündə Hindistan və Ermənistanla heç-heçəyə razılaşıb. Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi